Xəbərlər

  • 1 746

Pirlo Türkiyədə qalacaq

image

“Karagümrük” futbol klubundan ayrılan italiyalı baş məşqçi Andrea Pirlo deyəsən məşqçilik fəlaiyyətini yenidən Türkiyədə davam etdirəcək. Tanınmış futbol mütəxəssisinin xidmətində yenicə Super Liqaya yüksələn “Çaykur Rizespor” futbol klubu maraqlıdır. “Milliyet.com.tr” nəşrinin yazdığına görə, artıq qaradəniz təmsilçisinin menecerləri italiyalı mütəxəssislə danışıqlara da başlayıblar. Tütkiyə mətbuatı yazır ki, olduqca sərfəli maliyyə şərtləri A.Pirlonun “Çaykur Rizəspor”la anlaşacağını düşünməyə əsas verir. Xatırladaq ki, A.Pirlo artıq İtaliyaya dönmək istədiyini, məşqçilik fəaliyyətini A Seriyasında davam etdirmək niyyətini açıqlamışdı.

Digər xəbərlər