Xəbərlər

  • 1 854

İnyesta Yaponiya klubundan getdi

image

Futbol üzrə İspaniya millisinin sabiq futbolçusu, “Barselona”nın əfsanələrindən sayılan Andres İnyesta Yaponiyanın “Vissel Kobe” klubundan ayrılıb. Bu barədə gündoğan ölkənin klubu rəsmi saytında məlumat yayıb. İyulun 1-də, Yaponiya çempionatının 19-cu turunda “Hokkaydo” ilə görüş 39 yaşlı yarımmüdafiəçi üçün vida oyunu olacaq. Xatırladaq ki, təcrübəli futbolçu 2018-ci ildən bəri “Vissel Kobe”də çıxış edirdi.

Mətləb Salahov

Digər xəbərlər