34 yaşında çəkildiyi “Basic Instinct” filmi ilə koryerası parlamağa başlayan hollivud ulduzu Şeron Stoun, artıq ömrünün 65-ci ilində də pərəstişkarları üçün çox maraqlıdır. Xüsusilə bədən quruluşu və gözəlliyi ilə maqazin mediasının da diqqətində olan aktrisa, çəkdiyi şəkillərlə hələ də gəncliyini xatırladır. Bir bağırsaq xəstəliyi üzündən düz doqquz dəfə hamililəyi uğursuzluğa düçar olan Ş.Stoun bu səbəbdən övlad sahibi ola bilməyib. İnstaqram hesabında 3 milyona yaxın izləyicisi olan aktrisa bikini ilə verdiyi pozasına “yaza hazıram” başlığı qoyub.
Mətləb