Xəbərlər

  • 2 008

Fiqodan final açıqlaması: “İnter” favoritimdir

image

Portuqaliya futbolunun canlı əfsanələrindən sayılan Luiş Fiqo UEFA Çempionlar Liqasının finalı və İstanbulun “Qalatasaray” futbol klubu barəsində maraqlı açıqlamalarla çıxış edib. Iyunun 1-da İstanbulun Olimpiya stadionunda keçiriləcək “Manşester Siti”-“İnter” qarşılaşması barədə danışan “İnter”in keçmiş futbolçusu L.Fiqo bildirib ki, hər kəs bu oyunda İngiltərə təmsilçisini avorit görür, amma unudurlar ki, “İnter” UEFA Çempionlar Liqasında olduqca böyük təcrübəsi olan komandadır. “İnter”in bir neçə gün öncə İtaliya Kubokunu qazandığına diqqət çəkən L.Fiqo, olduqca hazır formada olan İtaliya klubunun ingilis təmsilçisini məğlub edəcək gücə sahib olduğunu iddia edib.

L.Fiqo həmçinin “Qalatasaray” barədə də danışıb. İstanbul nəhənginin artıq çempionluğunu rəsmiləşdirmək üzrə olduğunu deyərək, “Com-bom”un yeni mövsümdə güclü heyət quraraq Çempionlar Liqasında yaxşı nəticə göstərə biləcəyini deyib.

Mətləb

Digər xəbərlər