Xəbərlər

  • 1 725

Qırğız dilini bilməyənlər dövlət qulluğunda işləyə bilməyəcək

image

Qırğızıstanda qırğız dili bilməyənlər üçün yeni məhdudiyyət qüvvəyə minib. Məsələ burasındadır ki, ölkə parlamenti qırğız dilini bilməyən vətəndaşların dövlət qulluğunda çalışmasını məhdudlaşdıran qanun layihəsini üçüncü oxunuşda qəbul edib.

Qanun layihəsinə əsasən, dövlət qulluqçuları və bələdiyyə işçiləri, deputatlar, hərbçilər, hakimlər, təhsil müəssisələrinin rəhbərləri və əməkdaşları, səhiyyə işçiləri, pedaqoqlar və alimlər dövlət dilini orta səviyyədə bilməli və vəzifələrini icra edərkən tətbiq etməlidir. Bundan başqa, televiziya və radioda verilişlərin yarıdan çoxu qırğız dilində hazırlanmalıdır.

Digər xəbərlər