PDF Oxu

Siyasət

  • 1 097

"Bu müharibənin qalibi yoxdur, hər üç tərəf məqsədinə çata bilmədi" - HƏRBİ EKSPERT DANIŞDI

image

"İran-İsrail müharibəsinin daha böyük alovlanmasını bəzi ekspertlər proqnozlaşdırır. Onların fikrincə, İran İsrailin bütün şərtlərini yerinə yetirməyəcək, nüvə silahının zənginləşdirilməsini dayandırmayacaq və bu silahı əldə etməkdən imtina etməyəcək. Bu son müharibənin isə qalibi yoxdur". Bu sözləri SİA-ya açıqlamasında hərbi ekspert Emin Həsənli deyib.Onun sözlərinə görə, İran hava hücumlarından müdafiəsizdir. Demək olar ki, sıfır vəziyyətindədir — hava hücumundan müdafiə sistemləri yoxdur. İsrail isə texnologiyadan çox yüksək səviyyədə istifadə edir. Lakin 77 ildən bəri ilk dəfə İsrailin ərazisinə kütləvi şəkildə raketlər düşdü və onların da müdafiəsi tam işləmədi. Dəmir Qübbənin bütün raketləri qarşısını almağa yetərincə gücü çatmadı: "İsrailin reklam etdiyi, betonla möhkəmləndirilmiş dərinlikdə olan hədəfləri vura bilən təyyarə və bombalarının da gözlənildiyi kimi effektiv olmadığı ortaya çıxdı. F-35-lər ilk dəfə sınaqdan çıxdı. Dəmir Qübbə və digər avadanlıqlar da sınaqdan keçdi. Amma ümumilikdə üç ölkə qarşısına qoyduğu məqsədlərə nail olmadı.Hər üç dövlət bunu qələbə kimi göstərsə də, əslində nəticə yoxdur. Nə ABŞ və İsrail İranda rejimi dəyişə bildi, nə də İran nüvə silahından imtina etdiyini açıqladı. İranın 1979-cu ildən bəri verdiyi bəyanatlar — İsraili məhv etmək, ABŞ-ı sıradan çıxarmaq kimi fikirlər — sadəcə söz olaraq qaldı.Yeni müharibə ümumiyyətlə nə dünya xalqları, nə də region ölkələri üçün xeyirli deyil. İran Azərbaycanın və qardaş Türkiyənin qonşusudur. İranda 40 milyona yaxın azərbaycanlı yaşayır və müharibə onlara da böyük zərər verə bilər. Azərbaycan dövləti və rəhbərliyi bu məsələdə aktiv rol oynadı. Danışıqlar apardı ki, Azərbaycanın ərazilərinə zərbə dəyməsin və buna da nail ola bildi. Amma yaxın gələcəkdə nə olacağı, atəşkəsin nə qədər davam edəcəyi, danışıqların nəticəsi və yeni müharibənin başlayıb-başlamayacağı hələlik məlum deyil".

Müəllif: Ziya Hikmətoğlu

Digər xəbərlər