Xəbərlər

  • 1 822

Gənc futbolçu Mançinini xuliqan zənn edib...

image

Futbol üzrə İtaliya millisinin baş məşqçisi olan Roberto Mançini ilə bağlı maraqlı hadisə yaşanıb. Məsələ burasındadır ki, R.Mançini İtaliya millisinə dəvət etmək üçün "Leççe"nin müdafiəçisi Federio Baskirottoya zəng edib. Futbolçu isə zəng edənin R.Mançini deyil, hansısa xuliqan olduğunu düşünüb ona cavab verməyib. Gənc futbolçu "Cronache di Spogliatoio" nəşrinə müsahibəsində açıqlamalarla çıxış edib: "Monsa" üzərindəki qələbədən sonra biz Milana getdik. Mağazadan çıxanda mənə zəng gəldi. Nömrəni tanımadım. Əvvəl elə zənn etdim ki, bu, kimdirsə, məni təbrik etməyə zəng vurub, ya da hansısa dələduzdur. Ona görə cavab vermədim. Həmin an düşündüm ki, əgər vacib nəsə varsa, yenə zəng vuracaqlar. İki dəqiqə sonra həmin nömrədən bir də zəng gəldi. Mənə dedi ki, "Baski, danışan misterdir". Soruşdum ki, hansı mister? Cavab verdi ki, mister Mançini. Üzrxahlıq etdim. O, məni Millətlər Liqasının oyununa dəvət etdiyini söylədi və soruşdu ki, bizə qoşula bilərsənmi? Dedim ki, mənə yeri və vaxtı deyim, ora hətta piyada da gələrəm".

Mətləb Salahov

Digər xəbərlər