Xəbərlər

  • 1 585

Mourinyo qisasını hakimdən aldı...

image

Futbol üzrə UEFA Avropa Liqasının final matçında “Sevilya”ya uduzaraq kubok xəyalı "suya düşən" “Roma”da təkcə futbolçular deyil, həm də artıq baş məşqçi Joze Mourinyo da əsəblərinə hakim ola bilmir. Portuqaliyalı mütəxəssis qarşılaşmadan sonra stadionun dayanacağında baş hakim Entoni Teyloru “bombalayıb”. Baş hakimi tərəfkeşlik etməkdə və oyunun nəticəsinə təsir edən ədalətsiz qərarlar qəbul etməkdə ittiham edən J.Mourinyo, ona qarşı təhqir dolu ifadələr səsləndirib. Stadionun mühafizə xidmətinin müdaxiləsindən sonra baş hakim avtomobilinə əyləşib hadisə yerindən uzaqlaşıb.

Mətləb

Digər xəbərlər