Xəbərlər

  • 1 929

“Çempionlar Liqasını qazanan ilk türk olmaq istəyirəm”

image

İyunun 10-da İstanbulda keçiriləcək UEFA Çempionlar Liqasının final qarşılaşması böyük maraqla gözlənilir. “Mançester Siti” və Milan “İnter”i arasında keçiriləcək qarşılaşma ətrafında dünyanın nüfuzlu idman nəşrlərində iddia və proqnozlar hər gün yeni xəbərlərlə əvəzlənir. Futbol üzrə Türkiyə millisinin və “İnter”in türk əsilli futbolçusu Hakan Çalhanoğlu isə daha maraqlı açıqlama ilə gündəmə gəlib. “Milliyet” nəşrinin yazdığına görə təcrübəli ulduz futbolçu İstanbulda Çempionlar Liqasının kubokunu başı üzərinə qaldırmaq istəyir. H.Şalhanoğlu “Mançester Siti”nin güclü komanda olduğunu, amma onların da böyük təcrübəyə sahib olduqlarını bildirib. “Bu kuboku İstanbulda başımın üzərinə qaldırmaq istəyirəm. Çempionlar Liqasını qazanan ilk türk olmaq böyük qürur olardı. Həm də bu Kuboku İstanbulda başının üzərinə qaldırmaq ikiqat sevinc deməkdir. Var gücümüzü ortaya qoyacayıq. İstanbulda final oynamaq mənə həm də əlavə güc verir”.

Mətləb Salahov

Digər xəbərlər