PDF Oxu

Xəbərlər

  • 2 470

“Hraparak” nəşri: "Bu proses erməni ordusunda təşvişə səbəb olub"

image

Ermənistan mətbuatı məğılub ölkənin dağınıq ordusunda baş verən son prosesləri gündəmə gətirməyə çalışır. Xüsusilə erməni mediasının diqqətində Müdafiə Nazirliyində aparılan islahatlar fonunda həyata keçirilən sertifikatlaşdırma prosesidir. “Hraparak” qəzeti yazır ki, orduda təşvişə səbəb olub. Bildirilir ki, orduda qeyri-sağlam ab-hava yaradan bu proses peşəkar kadr itkisi ilə nəticələnə bilər. Səbəb isə attestasiyada hərbçinin nə döyüş yolunun, nə yaşının, nə də peşəkarlığı faktının rol oynamasıdır.

“Sertifikatlaşdırma iki hissədən ibarətdir: birinci nəzəridir, peşəkar testlərdən ibarətdir. İkincisi praktiki tapşırıqlardır və sıra təlimi hazırlığı ilə bağlıdır ki, bundan da kimi yaşına görə, kimi də döyüş yaralarına görə keçə bilmir.

Nəticədə onlar attestasiyadan kəsilir, real əməkhaqqı isə aşağı həddə qalır ki, bu da inflyasiya şəraitində yaşamağı mümkünsüz edir. Məlumata görə, bu qeyri-bərabər və qeyri-sağlam mühitdə bəziləri artıq xidmətdən istefa veriblər, bəziləri də getmək haqqında düşünürlər. Bu isə ordu üçün ağır nəticələrə səbəb ola bilər”, - deyə qəzet yazır.

Mətləb Salahov

Digər xəbərlər