Xəbərlər

  • 1 585

“El Universal” qəzeti: “Riyakarlıq və manipulyasiya sülhə maneə törədir”

image

Meksikanın geniş oxuyucu kütləsinə malik “El Universal” qəzetində “Riyakarlıq və manipulyasiya sülhə maneə törədir” sərlövhəli məqalə dərc edilib. Məqalədə Ermənistanın “blokada” və “humanitar böhran” kimi yalanlarının, ölkəmizə qarşı apardığı qarayaxma və spekulyasiyanın, nümayiş etdirdiyi ikiüzlülük siyasətinin sülh prosesinə ciddi zərbə vurduğuna diqqət çəkilir.

Qeyd olunur ki, Praqa, Soçi və Brüssel danışıqlarından sonra hər iki ölkənin bir-birilərinin ərazi bütövlüyünü və suverenliyini tanıdığını, hətta Ermənistan baş nazirinin Qarabağı Azərbaycanın tərkib hissəsi kimi qəbul etdiyini bəyan etməsinə baxmayaraq, sözləri ilə əməlləri üst-üstə düşməyən Ermənistan rəhbərliyinin sonrakı məsuliyyətsiz hərəkətləri və Azərbaycana qarşı başlatdıqları geniş qarayaxma kampaniyası bölgədə dayanıqlı sülhün əldə olunmasını çətinləşdirir.

Məqalədə Ermənistan və onun havadarlarının “soyqırımı” terminindən sui-istifadə hallarının yalnız narazılıq doğurduğu və yəhudi icmalarının ravvinlərinin bu məqsədlə Ermənistan rəhbərliyinə etiraz məktubu ünvanlayaraq Holokostu çirkin siyasi təbliğat vasitəsinə çevirməməyə və onun qurbanlarına hörmətlə yanaşmağa çağırdığı bildirilir.

Eyni zamanda, beynəlxalq ekspert Rodni Diksonun “Okampo hesabatını” iflasa uğratdığına diqqət çəkilir, Fransa, ABŞ kimi ölkələrin siyasətçilərinin Azərbaycan xalqının uzun illər məruz qaldığı misli görülməmiş erməni vəhşiliyinə və etnik təmizləməyə, şəhər və kəndlərimizin xarabalığa çevrilməsinə göz yummalarının riyakarlıqdan başqa bir şey olmadığı vurğulanır.

Mətləb

Digər xəbərlər