Xəbərlər

  • 1 646

PSJ-yə ŞOK: Mbappe zədələnib

image

PSJ-nin hücumçusu Kilian Mbappe zədələnib. Braziliyalı ulduz futbolçu Fransa çempionatının 6-cı turunda "Marsel"lə matçda sıradan çıxıb. Mbappe meydana start heyətində daxil olsa da, 32-ci dəqiqədə zədələndiyi üçün əvəzlənib. Əvəzində meydana portuqaliyalı hücumçu Qonçalo Ramos çıxıb.

Komandanın baş məşqçisi Luis Enrike oyundan sonra 24 yaşlı hücumçunun durumu barədə danışıb. O, zədənin ciddi olmadığını deyib: “Bu, çox ciddi problem deyil, amma onun oynamasını çətinləşdirən ağrı var idi. Onu əvəz etmək daha məntiqli idi. Ancaq ciddi bir şey yoxdur".

Mətləb

Digər xəbərlər