Xəbərlər

  • 3 710

Növbəti yeddi il müddətinə qazanılan zəmanət

image

2024-cü il Azərbaycan üçün əlamətdar bir il kimi başladı. Bütöv Azərbaycanın bütün ərazilərində 7 fevralda keçirilən növbədənkənar prezident seçkilərinin keçirilməsi bir qürurverici hadisə kimi tarixə düşdü.

Azərbaycan kifayət qədər qüdrətli ölkədir. “Biz heç vaxt heç kəsdən heçnə istəmirik. Ona görə ki, buna heç vaxt ehtiyacımız olmayıb” – deyə Cənab Prezident 2024-cü il fevral ayının 14-də and içmə mərasimində ki, çıxışında bu fikri səsləndirdi.

Cənab Prezident İlham Əliyevin bu fikrini əsas tutaraq, mövzunu daha da geniş inkişaf etdirmək istəyirəm.

Azərbaycan xalqı, çox qədim tarixə və zəngin mədəniyyətə malik bir xalqdır. Bizim ulu, ahəngdar və zəngin dilimiz, yazımız (yani əlifbamız), çox ali dərəcəli adət və ənənələrimiz var. Ümumiyyətlə götürəndə dünyada 4000 dən çox xalq vardır sa, onlardan yalnız 200 xalqın dövləti mövcutdur. Biz bu gün çox xoşbəxtdik ki, allah tala bizə bir xalq üçün salıyan ən ali neyməti nəsib edib. Fəxrnən deyə bilirik ki, azərbaycan xalqının öz dövləti var. Yer kürəsində, rəsmi sərhədlənmiş bir ərazi vahidimiz var. Biz buna yüksən dəyər verməliyik və bununla fəxr etməliyik!

Hesab edirəm ki, kimliyindən asılı olmayaraq, sosial vəziyyətindən, statusundan, milliyətindən asılı olmayaraq hər bir Azərbaycan vətəndaşı bir başa və yaxud da qismən də olsa, ölkədə baş verən proseslərdə iştirak etməlidir.

Elə bu səbəbdən də, Azərbaycan xalqı İlham Əliyevə yenidən ehtimad və dəstəyini göstərərək nöbvədənkanar prezident seçkilərində öz prezidentinə səs verdi və bu düzgün seçimi ilə növbəti illərdə öz firavan gələcəyini təmin etmiş oldu.

Azərbaycan xalqının ən böyük uğuru həmrəy olmasıdır. Necə ki, 44 günlük Vətən müharibəsində xalq öz birliyini göstərdi elə 7 fevral tarixində keçirilən növbədənkanar prezident seçkilərində də öz həmrətliyini, birliyinin göstərmiş oldu. Bizim birliyimiz bütün sərhədlər qarşısında durmalıdır və dururda.

20 ildən çoxdur ki, Azərbaycan xalqı öz prezidentinə dəstəyini göstərir. 2003-cü ildən İlham Əliyev ölkəyə rəhbərlik etməyə başlayanda hələ o zaman xalqını əmin etmişdir ki, qarşıdan duran bütün vəzifələri içra etməyə çalışacaqdır, xalqın yüksək ehtimadını doğrultmağa çalışacaqdır. Bu illər ərzində bir çox uğurlarla yanaşı çətinliklər də oldu. Amma cənab Prezident bütün çətinlikləri aşaraq yeni yeni uğurlara imza atmaqla Azərbaycan xalqını firavan gələcəyə doğru apardı. 2003-cü ildən bəri bütün sahələr üzrə verdiyi vədlər yerinə yetirilirdi və ən əsası və ən vacıbi azərbaycanın ərazi bütövlüyünə nail ola bildi.

Sözsüz ki, elə cənab Prezident and icmə mərasimində də qeyd etdiyi kimi; “Bunlar hamısı xalqının ona göstərdiyi inamın və xalqının vahid amal ətrafinda birləşmə bacarığı səbəbindən qazanılan uğurlar idı”.

Bütün sahələr üzrə əldə olunan uğurların əsasını ölkə Prezidenti İlham Əliyevin yürütdüyü, düzgün istiqamətdə seçilmiş xarici dövlət strategiyası təşkil edir.

Cənab Prezidentin 2003 cü ildən ölkəyə rəhbərlik etməyə başladığı dövrdə alternativ boru kəmərləri şəbəkəsinin tikintisi hələ də davam edirdi və ya nəzərdə tutulurdu və Azərbaycan torpaqlarının ermənistan tərəfindən işğalı hələ də davam edirdi. Ümumiyyətlə bu illərdə nə inki Azərbaycanda hətta bölgədə illər boyunca müharibələr davam edirdi. İkinci Çeçen müharibəsi, İraqın işğalından sonra amerikalılar Azərbaycanın qonşusu İrana “maraq göstərməyə” başladılar, sonra Rusiya-Gürcüstan müharibəsi başladı. İlham Əliyevin bu şəraitdə apardığı siyasət lap əvvəldən Qərb strukturları tərəfindən tənqidə məruz qalmışdı, amma biz onun real uzaqgörən siyasətinin nəticələrini nədən ibarət olduğunu, hazırda görürük və onlar artıq makro səviyyədə öz bəhrəsini verməkdədir.

Bu gün ölkəmizin Beynəlxalq münasibətlər sistemində artan nüfuzu həm diplomatik, həm iqtisadi sahələrədə yeni yeni uğurlara imza atmaqdadır. Nüfuz sahibinə çevrilən Azərbaycan regionun lider ölkəsidir.

Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində neft sektorunda, eləcə də sənayenin digər sahələrində uğurlar əldə edilmişdir. Bununla yanaşı, qeyri-neft sektoruna da ölkə rəhbərliyinin diqqət və qayğısı nəticəsində bu sahədə də nailiyyətlər əldə edilmişdir və edilməkdədir.

Bu gün parlaq gələcəyi proqnozlaşdıran Avropa müharibə vəziyyətindədir və yeni müharibəyə hazırlaşır. Əksinə, Cənubi Qafqazda isə siyasət sülh meyyarları ilə müəyyənləşib. Azərbaycan yeganə postsovet ölkəsidir ki, Qərbin enerji bazarlarına möhkəm daxil olub, Cənubi Avropanın əsas qaz tədarükçüsünə çevrilib. Ümumiyyətlə onu da qeyd etmək lazımdır ki, azərbaycan qazı 8 ölkəyə ixrac olunur.

Vaxt var idi ki, bütün iqtisadi beynalxalq marşrutlar döyüşən və hazırlıqsız Qafqazdan deyil, sabit və inkişaf etmiş Avropadan çəkilməli idi. Lakin bü gün ölkəmiz Avropa və Asiya arasında beynəlxalq quru tranzitində əsas halqaya çevrilməklə bütün beynalxalq translayihərin Azərbaycan üzərindən keçməsinə nail olamaqla siyasi sabit və qüdrətli bir dövlətə çevrilmişdir.

Bü gün biz gürur hissi ilə deyə bilər ki, Azərbaycan bütün bu mövqelərə məhz İlham Əliyevin prezidentliyi dövründə nail olub.

Azərbaycan son üç onillikdə mülki əhali arasında minimum itki ilə ərazi bütövlüyünü bərpa edən, habelə öz dövlətinin və millətinin həddindən artıq hərbiləşdirilməsinə yol verməyən yeganə ölkə oldu.

Yeni dövrə qədəm qoyarkan böyük ümudlərlə yaşayırıq və biz ümumiyyətlə elə işləməliyik ki, elə atdımlar atmalıyıq ki, bu ümudlər çin olsun.

Qarşıda duran hədəflər yalnız və yalnız bütün sahələrdə düzgün və dah da ikişaf istiqamətlərini hədəfləyən atdımlar olmalıdır. Güclü iqtisadiyyat, ordunun daha da gücləndirilməsi və yeni müasir ordu quruculuğunun təmin etdirilməsi, sosial islahatların aparılması qarşıda duran prioritet məsələlərdən biridir.

Beləliklə ordu quruculuğu prossesi davam etdiriləcəkdir. Dövlət büdcəsinin ən böyük xəcləri ordu xərcləridir və ikinci yerdə duran xərclər Qarabağ və Şərqi Zənqəzur iqtisadi bölqənisidir.

Biz ümumiyyətlə mənasız atdımlar atmamışıq, atmırıq və atmayacayıq. Bu gün hansı atdımlar atılırsa hamısı hədəfə doğru qetməsi üçün böyük mənası var.

Bizim siyasəti dünya ictimayyəti bəyənir və dəstəkləyir. Əgər belə olmasaydı bizi beynalxaq təşkilatlar bizi özlərinə üzv və hətta sədr seçməzdilər.

Odur ki, sonda onu qeyd istəyirəm ki, Azərbaycan xalqının, azərbaycan vətandaşlarının Cənab Prezident İlham Əliyevə verdiyi doğru və duzgün səsi, növbəti 7 ildə bizə firvan qələcəyimizə qazandıracaq zəmanətidir.

İbrahim Allahverdiyev

YAP Yasamal rayon SOCAR, “Neftqazelmitədqiqatlayihəinsitutu üzrə ərazi partiya təşkilatının sədri

Digər xəbərlər