Xəbərlər

  • 2 947

Azərbaycan dünyanın ən təhlükəsiz ölkələrindən biri seçilib

image

ABŞ-ın Nyu-York şəhərində yerləşən Diplomatik Mərkəzin saytında martın 29-da "Dünyanın ən təhlükəsiz ölkələri hansılardır?" sərlövhəli məqalə: Diplomatiya Mərkəzinin təsisçiləri, tanınmış politoloqlar və jurnalistlər Dona Qrasiya və Reyçel Avrahamın yazdığı məqalədə Azərbaycan Qlobal Terrorizm İndeksinə (GTI) görə dünyanın ən təhlükəsiz ölkələrindən biri kimi 141 ölkə arasında 18-ci yerdə qərarlaşıb.

Müəlliflər bildiriblər ki, GTI-nin müzakirə etdiyi məlumatlar dünya əhalisinin 99,7 faizinə təsir edən terrorizmin təsirini təhlil edən hərtərəfli tədqiqatdır. Burada terror hadisələrinin və ölənlərin sayı, terrorla mübarizə, terrorla bağlı aparılan araşdırmaların səmərəliliyi və bir çox digər göstəricilər nəzərə alınır.

Məqalədə Azərbaycanın cinayət miqyasına görə dünyanın ən təhlükəsiz 20 ölkəsi sırasında olduğu da vurğulanıb. Qeyd olunub ki, sözügedən siyahı ölkələr və şəhərlər üzrə dünyanın ən böyük statistik məlumat bazasına malik "Numbea" mənbəsi tərəfindən hazırlanıb. Buna görə də sorğuda sakinlərdən gecələr şəhərdə tək gəzə bilib-bilməyəcəyi, polisin işindən razı olub-olmadıqları, son 12 ayda hücuma və ya soyğuna məruz qalıb-qalmadıqları soruşulub.

Azərbaycanı gün boyu ibadət evlərinin qapılarının açıq qaldığı nadir ölkələrdən biri kimi xarakterizə edən tədqiqatçılar Ermənistanla münaqişəyə baxmayaraq Bakının mərkəzindəki erməni kilsəsinin qorunub saxlanıldığını diqqətə çatdırıblar.

Namık Kemal Yıldırım,

SİA-nın Türkiyə təmsilçisi

Digər xəbərlər