Xəbərlər

  • 1 765

Viktor Orban Avropa İttifaqını "bombaladı": Miqrasiya dəliliyinə boyun əyməyəcəyik!

image

"Macarıstan hökuməti Avropa İttifaqı Şurasının miqrasiya sahəsində siyasətinə qarşı çıxır və Avropa İttifaqının yeni Miqrasiya Paktını dəstəkləməyəcək." Macarıstanın Baş naziri Viktor Orban Avropa Parlamentinin miqrasiya və sığınacaq verilməsi məsələləri üzrə bir sıra qaydalar qəbul etməsini şərh edərkən bu bəyanatla çıxış edib.

Orban “X” hesabında yazıb ki, Miqrasiya Paktı Avropa İttifaqının tabutuna vurulan daha bir mismardır: “Artıq birlik, təhlükəsiz sərhədlər yoxdur. Macarıstan heç vaxt kütləvi miqrasiya dəliliyinə boyun əyməyəcək! Miqrasiyanı dayandırmaq üçün Brüsseldə dəyişiklik lazımdır”.

Mətləb Salahov

Digər xəbərlər