Xəbərlər

  • 1 176

Azərbaycan səfiri Gürcüstanın müdafiə naziri ilə görüşüb

image

Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev aprelin 22-də bu ölkənin müdafiə naziri İrakli Çikovani ilə görüşüb. Gürcüstan Müdafiə Nazirliyinin rəsmi açıqlamasında deyilir ki, görüşdə tərəflər iki ölkə arasında strateji tərəfdaşlıq və dostluq münasibətlərinin vacibliyini müzakirə ediblər. Yüksək səviyyəli səfərlərin müsbət dinamikası qeyd olunub. Müdafiə naziri Gürcüstanın Cənubi Qafqazda sülh və sabitliyin bərqərar olması prosesinə töhfə verməyə hazır olduğunu bir daha təsdiqləyib.

Görüşdə müdafiə sahəsində ikitərəfli əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub. Beynəlxalq təlimlərdə birgə iştiraka və hərbi təhsil sahəsində əməkdaşlığa diqqət yetirilib.

Mətləb

Digər xəbərlər