Xəbərlər

  • 1 281

"Bu şəxs çirkli pulların yuyulmasında və digər cinayətlərdə ittiham olunur” - Ukraynalı deputat

image

"Sülh, ilk növbədə, ərazi bütövlüyünə, suverenliyə hörmət deməkdir. Sülh mükafatı separatizmdə ittiham olunan insana necə verilə bilər?" Bu sözləri AZƏRTAC-a açıqlamasında Ruben Vardanyanın Nobel Sülh Mükafatına namizədliyinin irəli sürülməsini şərh edən Ukrayna Ali Radasının üzvü Aleksey Qonçarenko deyib.

Bu mükafatın Ruben Vardanyana verilməsinin qəbuledilməz olduğunu vurğulayan deputat bildirib. “Əvvəla qeyd edim ki, Ruben Vardanyan Ukraynanın sanksiya siyahısındadır. Ukrayna hökuməti onun adını Rusiya oliqarxı kimi sanksiya siyahısına daxil edib. Rusiya oliqarxı olmaq bu və ya digər şəkildə Putinin pul kisəsi olmaq deməkdir. Belə bir insanın Nobel Sülh Mükafatına namizədliyinin irəli sürülməsi şok effekti yaradır və qəbuledilməzdir. Bu şəxs çirkli pulların yuyulmasında və digər cinayətlərdə ittiham olunur”.

Mətləb

Digər xəbərlər