Qonşu dövlətlərdə baş verən vətəndaş qarşıdurmaları, xaos və anarxiya fonunda Azərbaycanın sabitlik adası olması yerli və xarici məkrli qüvvələri ciddi şəkildə narahat edir. Həm də Azərbaycan 30 il erməni işğalı altında olmuş torpaqlarını 44 günə azad etməklə kifayətlənməyib məğlub Ermənistana öz tələblərini diktə etməsi də məkrli ünsürlərə əlavə dərd olub. Ona görə də uğurlara kölgə salmaq, əldə olunan nailiyyətlərin dayandırılması üçün müxtəlif məkrli vasitələrdən istifadə edirlər. Xüsusilə də, xarici şəbəkə ələbaxım funksiyasını yerinə yetirən dağıdıcı müxaliflər vasitəsi ilə ölkə də müəyyən gərginlik yaratmaq və istəklərini tədricən həyata keçirməyə cəhdlər göstərirlər. AXCP və “Milli Şura” təmsilçilərinin bilmədiklərini, anlamadıqlarını dilə gətirib, sosial şəbəkələrdə paylaşmaları xarici qüvvələr tərəfindən verilən planın bir hissəsidir. Bəzən dağıdıcı ünsürlər elə ağ yalanlar, elə dəhşətli şər və böhtanlar səsləndirir, videolar paylaşırlar düşünürsən ki, bunlar ya ermənidir, ya da erməni diasporunun üzvləridir. Paylaşımlarında xüsusi hiyləgər vasitələrdən istifadə etməklə özlərini xalqa canıyanan, dövlətə sadiq şəxslər göstərməyə çalışırlar. Lakin xalq hər şeyi görür. Bilir ki, dağıdıcı müxalifət dövlətçiliyə qarşı düşmən münasibət sərgiləyir. Tez-tez “vətən”, “xalq” ifadələri işlətmələri, sadəcə, siyasi divident qazanmaq istəyindən başqa bir şey deyil. Əgər xalqa belə canı yanandılarsa, niyə görə erməni terrorunun məhv edilməsindən, separatçıların haqq divanına çəkilməsindən statuslar paylaşmırlar? Əli Kərimli deyildimi “rus sülhməramlı bölgəni tərk etmədiyinə görə qələbəmiz yarımçıqdır” deyən. Həyatının əsas hissəsini Böyük Britaniyada keçirən Milli Şuranın rəhbəri Cəmil Həsənli deyildimi, “Azərbaycan dövləti Xankəndidəki erməni fəallarla danışmalıdır” deməklə erməni diasporunun sifarişini yerinə yetirdiyini nümayiş etdirən?! AXCP və Milli Şura təmsilçiləri hamılıqla erməni revanşistləri kimi çıxışlar edib, “Laçın sərhəd keçid məntəqəsindən humanitar yüklərin daşınması təmin olunmasa Azərbaycana beynəlxalq təzyiqlər artacaq”, - deyə hədələyici fikirlər səsləndirirlər.
İlham Hüseynli ağasının gözündə yüksəlməyə çalışırdı
AXCP-dəki trolların koordinasiyasını həyata keçirən İlham Hüseynli ağasının gözündə yüksəlmək və ən azı bir “molodes” almaq üçün ağzıgöyçəkliyini daha geniş formada nümayiş etdirməyə çalışırdı: "Zəngəzura gedirik", "Göyçəni alırıq", "İrəvəna giririk" kimi ucuz vətənpərvərlik şoularıyla, "münaqişə bitib", "düşmən gorbagor olub" kimi yalan təbliğatla özlərini də inandırdılar. Ayılanda isə gördülər ki, diplomatiya cəbhəsində düşmən qılınc çalır. Və bir daha sübut olundu ki, "Ağıllı kənd"ə yox, ağıllı idarəçiliyə, müdrik siyasətə ehtiyac var. Ağıllı idarəçiliyin dəhlizi qapanıbsa, Laçın dəhlizində uğur qazanmaq çətindir. Qətiyyətli siyasətə giriş edə bilmirsənsə, Xankəndinə girə bilməzsən. Dövlət maraqlarının qapısını bağlamısansa, Ağdam yolunun açılıb-qapanması nəyi dəyişəcək?”.
Gedib durasan İ.Hüseynin qarşısında və deyəsən, “...yazdığın şər və böhtan xarakterli statuslara görə saçından, saqqalından utanırsanmı?”
Bir sözlə, AXCP-nin ucuz və fərsiz trolu hesab olunan İ.Hüseyn gözünü yumub, ağlına deyil ağzına gələn sayıqlamalarını statusunda qeyd edib. İndiki vəziyyət, xüsusilə də Qarabağın tamamilə Azərbaycanın nəzarətinə keçməsindən və sərhədlərin ölkəmizin maraqları çərçivəsində həll edilməsindən sonra Ə.Kərimli, C.Həsənli, İ.Hüseynli, F.Qəhrəmanlı və digərləri görən nə düşünürlər? Sifarişli şər və böhtanlar yazdıqlarının fərqindədirlərmi? Görən dərk edirlərmi ki, onları ucuz kukla kimi əllərdə oynadıblar? Düşünürəm ki, belə bir qürurverici tarixin yaşandığı xoş gündə gedib durasan İ.Hüseynin qarşısında və deyəsən, “ay əbləh, trol danışdığın hədyanlara, yazdığın şər və böhtan xarakterli statuslara görə saçından, saqqalından utanırsanmı? Böyük zəfərimizə kölgə salmağa cəhd edən hərəkətlərinə görə, utanıb yerə girirsənmi?”. Açığı çoxları üçün bu suallara İ.Hüseynin necə cavab verəcəyi müəmmalı görünə bilər. Lakin onların həyasızlıqlarına və abırsızlıqlarına bələd olan biri kimi bu başdan demək olar ki, əgər doğrudan da İ.Hüseynə qeyd etdiyim sualları üzbəüz şəkildə vermək imkanı olsa, o, tərzini dəyişməz, tövrünü də pozmaz. Deyər ki, “nə olsun ki, demişəm və yazmışam, dünya dağılmayıb ki”. Bu qədər sadə və bəsit cavab.
İLHAM ƏLİYEV