Mərkəzi Seçki Komissiyası (MSK) bu gün keçirilən növbədənkənar parlament seçkiləri ilə bağlı səsvermə prosesində saat 15:00-a olan seçici fəallığını açıqlayıb.
MSK Katibliyinin İnformasiya Mərkəzinin müdiri Fərid Orucov bildirib ki, saat 15.00-a qədər respublika üzrə 1 milyon 893 min 555 nəfər səs verib. Bu isə seçici fəallığının 29,49 faiz olması deməkdir.
Qeyd edək ki, növbədənkənar parlament seçkilərində səsverməyə bu gün saat 08:00-da start verilib. Səsvermə saat 19:00-da başa çatacaq. MSK Katibliyinin İnformasiya Mərkəzi tərəfindən səsvermənin gedişi və nəticələri barədə saat 17.00-da və saat 19.00-da ilkin məlumatlar veriləcək. Səsvermənin gedişi və nəticələri barədə alınan məlumatlar hüquqi əhəmiyyət daşımayan ilkin məlumatlar hesab edilir.
Son məlumata görə, respublika üzrə seçicilərin sayı 6 milyon 421 min 960 nəfərdir.