PDF Oxu

Xəbərlər

  • 2 775

Misir Prezidenti təyyarə qəzasına görə Azərbaycan Prezidentinə başsağlığı verib

image

Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə başsağlığı məktubu göndərib. Misir Səfirliyindən “Səs” qəzetinə verilən məlumata görə, məktubda Zati-aliləri “Azərbaycan Hava Yolları”na məxsus sərnişin təyyarəsinin qəzaya uğraması ilə əlaqədar Azərbaycan rəhbərliyinə və xalqına başsağlığı verdiyini bildirərək, Uca Tanrıdan həlak olanlara rəhmət, onların ailələrinə səbr və təsəlli diləyərək, yaralılara Allahdan tezliklə şəfa verməsini diləmişdir.

Səfirlikdən qəzetimizə bildirilib ki, Misir Ərəb Respublikası hökuməti və xalqı “Azərbaycan Hava Yolları”na məxsus Bakı- Qroznu marşurutu ilə hərəkət edən sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində çoxlu sayda insan tələfatı və yaralanması ilə əlaqədar olaraq, həlak olanlara görə dərindən kədərləndiyini bildirərək dost Azərbaycan Respublikasına başsağlığı verir, yaralılara şəfa diləyir və bu ağrılı gündə Azərbaycan Respublikasının yanında olduğunu bildirir.

Digər xəbərlər