PDF Oxu

Xəbərlər

  • 13

Yeni Azərbaycan Partiyası həmişə xalqın maraqlarını reallaşdırıb

Yeni Azərbaycan Partiyası həmişə xalqın maraqlarını reallaşdırıb
Dünən Suraxanı rayonunun Əmircan qəsəbəsinin sakinləri ilə bələdiyyə seçkilərinin təbliğat-təşviqat kampaniyası çərçivəsində YAP-ın bələdiyyə seçkilərinə namizədlikləri irəli sürülmüş nümayəndələrlə görüşü keçirildi.
Tədbiri giriş sözü ilə YAP Suraxanı rayon təşkilatının aparat rəhbəri Fərman Rəsulov açaraq bildirdi ki, Əmircan bələdiyyəsi üzrə, ümumilikdə, 82 nəfərin namizədliyi qeydə alınıb. Onlardan 15 nəfəri Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş şəxslərdir.
O, YAP tərəfindən namizədliyi irəli sürülmüş partiya fəallarının bələdiyyəyə seçiləcəkləri təqdirdə, xalqın güzəranının yaxşılaşdırılmasına xidmət edəcəyini qeyd etdi. Yeni Azərbaycan Partiyasının Azərbaycan dövlətçiliyinin inkişafındakı rolundan geniş danışaraq, bu gün, nəinki Azərbaycanın, bütövlükdə, regionun ən böyük və mütəşəkkil partiyası olan YAP-ın uğurlarının əsasında xalq sevgisinin, dəstəyinin dayandığını bildirdi. Məhz bu dəstəyin nəticəsində partiyamız yarandığı tarixdən bu günə qədər ölkəmizdə keçirilən bütün siyasi kampaniyalarda, seçki prosesində qalib gəlib. Dekabrın 23-də keçiriləcək bələdiyyə seçkilərində də YAP-ın namizədləri inamlı qələbə qazanacağına əminliyini bildirdi.
Rayon təşkilatının aparat rəhbəri Əmircan qəsəbə sakinlərinin həmişə seçkilərdə fəal iştirak etdiklərini diqqətə çatdıraraq, bu dəfə də onların yerli özünüidarəetmə orqanlarına keçiriləcək seçkilərdə də fəal olacaqlarına inandığını və ən layiqli namizədlərə səs verəcəklərinə əmin olduğunu qeyd etdi.
Tədbirdə çıxış edən YAP Suraxanı rayon təşkilatının qadınlar şurasının sədr müavini, partiya tərəfindən bələdiyyə seçkilərində namizədliyi irəli sürülmüş Kəmalə Qəmbərova bildirdi ki, 23 dekabrda ölkəmizdə çox mühüm bir kampaniya keçiriləcək. O, 1999-cu ildən yerli özünüidarəetmə orqanları olan bələdiyyələrin vəzifələrindən danışaraq, qeyd etdi ki, bu qurumun fəaliyyəti xalqa səmərəli xidmət göstərmək və yerli sosial məslələrin həllinə daha peşəkar yanaşmaqdan ibarətdir. K.Qəmbərova çıxışında bildirdi ki, YAP-ın tövsiyələrinə əsasən, budəfəki bələdiyyə seçkilərində qadınlara və gənclərə üstünlük verilib. Namizədlərin 50 faizini gənclər və qadınlar təşkil edir. Bələdiyyələrin tərkibində qadınların fəaliyyəti qadın ədalətinin gətirilməsi deməkdir. Cəmiyyətimizdə mühüm rol oynayan qadınlar hər zaman övladlarımızın gələcəyini düşünür, onların qayğısına qalırlar.
YAP Suraxanı rayon təşkilatının sədr müavini Solmaz Səfərova çıxışında YAP bələdiyyə seçkilərinə "Xalqa xidmət naminə" şüarı ilə getdiyini bildirdi. Yeni Azərbaycan Partiyasının cəmiyyətdə böyük nüfuza və dəstəyə malik olduğunu söyləyən sədr müavini bu nüfuzun özünü bələdiyyə seçkilərində bir daha göstərəcəyini bildirdi: "Partiya sıralarını sağlam düşüncəli, aydın fikirli vətəndaşlarla artıraraq, qüdrətlənir. Zaman özü sübut etdi ki, Yeni Azərbaycan Partiyası xalqın ona olan ümidlərini doğrultmuş və Azərbaycan dövlətçiliyinə sədaqətlə xidmət etmişdir. Partiyamızın gücü məhz onun Ümummilli Lider Heydər Əliyev ideyaları ilə meydana gəlməsində, Azərbaycan xalqının mənafeyini hər şeydən uca tutmasındadır.
Tədbirdə rayon təşkilatı tərəfindən namizədliyi irəli sürülmüş namizədlərdən Səfiyə Məmmədova çıxış edərək xalqın etimadını doğruldacağına və hər zaman quruculuq-abadlıq işlərində, əhalinin mədəni istirahətinin təşkil edilməsində dəstəkçi olacağına söz verdi.

Digər xəbərlər