Xəbərlər

  • 3 591

Güləşçilərimiz turnirə altı medalla başladı

image

Gürcüstanın paytaxtı Tbilisidə Vaxtanq Balavadze və Givi Kartoziyanın xatirəsinə həsr olunmuş sərbəst və yunan-Roma güləşi üzrə "Qran-pri" turniri davam edir. SİA-nın məlumatına görə, ikinci yarış günündə ilk medalçılar müəyyənləşib.Sərbəst güləş üzrə yarışda Şamil Zubairov (92 kq) qızıl, Əhmədnəbi Qvarzatilov (61 kq) gümüş, Rəşad Yusifli (79 kq) isə bürünc medal qazanıb.Yunan-Roma güləşçilərinin mübarizəsində Elman Muxtarov (63 kq) çempion olubsa, onun finalda məğlub etdiyi Murad Məmmədov, həmçinin İslambek Dadov (72 kq) ikinci yeri tutub.

sia.az

Digər xəbərlər