Xəbərlər

  • 9 541

"Bədii Gimnastika üzrə 37-ci Dünya çempionatı uğurla başa çatdı" MÜNASİBƏT

image

Bakı şəhərində 16-22 sentayabr tarixlərində keçirilən Gimnastika üzrə 37-ci Dünya Çempionatı uğurla başa çatdı. Bunu SİA-ya açıqlamasında millət vəkili Rauf Əliyev deyib.R.Əliyevin sözlərinə görə, 61 ölkəni təmsil edən 300-dən çox gimnast həm Dünya birinciliyi, həm də 32-ci Yay Olimpiya Oyunlarına lisenziya uğurunda mübarizə aparıblar: "Azərbaycan Respublikasının I vitse-prezidenti, Azərbaycan Gimnastika Federasiyasının prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Dünya birinciliyi çox yüksək səviyyədə təşkil olunmuşdu. Mundial bir daha bütün dünyaya göstərdi ki, Azərbaycan artıq müxtəlif idman növləri üzrə Dünya və Avropa Çempionatlarının və digər beynəlxalq tədbirlərin keçirildiyi bir idman ölkəsinə çevrilmişdir. Azərbaycan Bakı-2015 I Avropa Oyunlarına, Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarına, “ Formula I” ə , UEFA Avropa Liqasına ev sahibliyi edib. Gələn il Avropa -2020-nin 3 qrup və 1 final oyunu Bakıda təşkil olunacaq. Bütün bunlar Azərbaycanın uğurlarıdır və eyni zamanda Azərbaycanın dünyada təbliğ olunmasında böyük oynayır".Millət vəkili bildirib ki, gimnastlarımız bu çempionatda uğurla çıxış edərək 32-ci Yay Olimpiya Oyunlarına lisenziya qazanıblar: "Gimnastika sahəsində əldə olunan uğurlarımız Azərbaycanın I vitse-Prezidenti, Azərbaycan Gimnastika Federasiyasının prezidenti Mehriban xanım Əliyevanın adı ilə bağlıdır. Mehriban xanım Əliyevanın diqqət və qayğısı nəticəsində respublikamızda idmanın bu növü üçün lazım olan, dünya standartlarına cavab verən maddi-texniki baza yaradılmış və Azərbaycanda gimnastika sürətlə inkişaf etmişdir. Azərbaycan gimnastları iştirak etdikləri bütün yarışlarda yüksək nəticələr əldə edirlər.İnanırıq ki, Gimnastika üzrə milli komandamız bundan sonra da yarışlarda uğurla iştirak edəcəklər və 2020-ci ildə Tokioda keçiriləcək 32-ci Yay Olimpya Oyunlarında Azərbaycanı yüksək səviyyədə təmsil edəcəklər".

sia.az

Digər xəbərlər