Xəbərlər

  • 6 221

DSX: Qazax rayonu istiqamətində Ermənistan ordusunun təxribat-diversiya qruplarının hərəkətinin qarşısı alınıb

image

Oktyabrın 1-də saat 22:00 radələrində Qazax rayonu istiqamətində Ermənistanla dövlət sərhədindəki təmas xəttində Ermənistan silahlı qüvvələrinin döyüş mövqelərindən ərazimizə doğru təxribat-diversiya qruplarının hərəkəti döyüş mövqelərimizdə xidmət aparan sərhəd naryadları tərəfindən aşkarlanıb və qarşısı alınıb.Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən bildiriblər ki, həmin tarixdə sərhəd döyüş məntəqələrimiz Ermənistanın silahlı qüvvələrinin bölmələri tərəfindən müxtəlif istiqamətlərdən iriçaplı silahlardan dəfələrlə intensiv atəşə tutulub.Bütün hallarda bölmələrimizə qarşı atəşin açıldığı Ermənistan silahlı qüvvələrinin döyüş mövqeləri cavab atəşi ilə susdurulub.

yap.org.az

Digər xəbərlər