Xəbərlər

  • 7 506

"Liverpul"un oyunçusu Afrikada 2019-cu ilin ən yaxşı futbolçusu seçilib

image

Afrikada 2019-cu ilin ən yaxşı futbolçusu müəyyənləşib.SİA Afrika Futbol Konfederasiyasının saytına istinadən xəbər verir ki, Seneqal millisinin və "Liverpul"un oyunçusu Sadio Mane ötən ilin ən yaxşısı seçilib. O, karyerasında ilk dəfə bu ada layiq görülüb. 27 yaşlı hücumçu məşqçilər və federasiya nümayəndələri arasında aparılan səsvermədə, Məhəmməd Salahı ("Liverpul", Misir) və Riyad Mahrezi (Əlcəzair, "Mançester Siti") qabaqlayıb.Qeyd edək ki, Mane ötən mövsüm "Liverpul"la Çempionlar Liqasının qalibi olub.Xatırladaq ki, son iki il idi "Liverpul"un futbolçusu Məhəmməd Salah Afrikanın ən yaxşı futbolçusu seçilirdi.

sia.az

Digər xəbərlər