Xəbərlər

  • 7 460

“Ayntraxt”ın futbolçusu Simon Falettenin “Fənərbaxça”ya keçidi rəsmiləşib

image

Frankfurt "Ayntraxt"ının futbolçusu Simon Falettenin "Fənərbaxça"ya keçidi rəsmiləşib. SİA İstanbul klubunun saytına istinadən xəbər verir ki, qvineyalı müdafiəçi yeni komandasında mövsümün sonuna qədər icarə əsasında çıxış edəcək. "Fənərbaxça" icarə müddəti başa çatdıqda futbolçunu satınalma hüququna da sahibdir. Qeyd edək ki, "Loryan"ın yetirməsi olan 27 yaşlı futbolçu karyerası ərzində "Laval", "Brest", "Mets" klublarında da çıxış edib. O, 2017-ci ildən "Ayntraxt"da oynayırdı.

sia.az

Digər xəbərlər