Xəbərlər

  • 9 508

“Fənərbaxça”dan heç-heçə, “Sivasspor”dan darmadağın

image

Türkiyə kubokunda 1/8 final mərhələsinə start verilib.SİA xəbər verir ki, ilk oyunlar çərçivəsində üç qarşılaşma keçirilib.Super Liqanın lideri “Sivasspor” evdə “Yeni Malatyaspor”u darmadağın edib. Digər iki matç heç-heçə bitib. “Başakşəhər” aşağı liqa təmsilçisi “Kırklarelispor”u yenə bilməyib. “Fənərbaxça” səfərdə “Kayserispor”un müqavimətini qırmağı bacarmayıb.

Qeyd edək ki, ilk oyunlar yanvarın 15-16-dakı görüşlərlə başa çatacaq, cavab matçları 21-23-də keçiriləcək.
Türkiyə kuboku
1/8 final, ilk oyunlar
14 yanvar
“Başakşəhər” – “Kırklarelispor” – 1:1
Aleksiç, 79 – Ataç, 90
“Sivasspor” – “Yeni Malatyaspor” – 4:0
Yandas, 22, 49, Kılınc, 28 (pen.), Yatabare, 45
“Kayserispor” – “Fənərbaxça” – 0:0

sia.az

Digər xəbərlər