Xəbərlər

  • 6 770

Şahmatçımız beynəlxalq festivalda üçüncü yerdədir

image

İranın Çabahar şəhərində təşkil olunan şahmat festivalının A (masters) və B (U 2000) turnirlərində səkkizinci turun oyunları keçirilib. Azərbaycan şahmatçılarının növbəti turda da rəqibləri İran təmsilçiləri olublar.SİA-nın məlumatına görə, festivalın A turnirində şahmatçılarımızdan Azər Mirzəyev Ehsan Maghami ilə heç-heçə edib. Bu turnirdə digər təmsilçimiz Habil Cavadov Şahin Mohandesi ilə qarşılaşmasında məğlub olub. B turnirində isə Xatun Bağırova Zohreh Dehghan ilə oyunda qalib gəlib. X.Bağırova turnir cədvəlində 6 xalla üçüncü yeri tutur.Səkkiz turdan sonra A.Mirzəyev 5 xalla altıncı, H.Cavadov isə 2,5 xalla 22-ci pillədədir.

sia.az

Digər xəbərlər