Xəbərlər

  • 6 259

Xocalı qurbanlarının xatirəsi Sidneydə də anılıb

image

Xocalı soyqırımı qurbanlarının xatirəsi Avstraliyanın paytaxtı Sidney şəhərində də anılıb. SİA xəbər verir ki, Sidneydəki Avstraliya Azərbaycanlıları Assosiasiyası (AAA) tərəfindən təşkil edilən tədbirə ictimai xadimlər, media təmsilçiləri, Sidneydə yaşayan həmyerlilərimiz və türk icmasının nümayəndələri qatılıblar.Tədbiri giriş sözü ilə açan AAA-nın sədri Mikayıl Oyta bildirib ki, artıq 28 ildir Azərbaycan xalqının nüayəndələri erməni silahlıları tərəfindən Dağlıq Qarabağ bölgəsinin Xocalı şəhərində törədilən faciə qurbanlarının xatirəsini yalnız ölkə daxilində deyil, onun hüdudlarından uzaqlarda da qeyd edirlər. Bu faciənin Azərbaycan xalqının yaddaşından heç zaman silinməyəcəyini vurğulayan M.Oyta bunun yalnız Azərbaycan xalqına qarşı deyil, eyni zamanda bütün bəşəriyyətə qarşı törədilmiş cinayət olduğunu qeyd edib. Vurğulayıb ki, beynəlxalq ictimaiyyət səylərini birləşərək bütün dünyada belə faciələrin bir daha baş verməməsinə çalışmalıdır.Tədbirdə çıxış edən Türkiyənin Sidneydəki baş konsulu Melih Karalar qardaş türk xalqının daim doğma Azərbaycanın yanında olduğunu və kədərimizə şərik çıxdığını bildirib. Qeyd edib ki, Xocalıda törədilən faciə bütün dünyada yaşayan insanlara çatdırılmal və onu törədənlər ədalət məhkəməsi qarşısında cavab verməlidirlər. Baş konsul belə hadisələrin gələcəkdə bir daha təkrarlanmaması üçün beynəlxalq ictimaiyyətinin əlbir olmasının vacibliyini vurğulayıb.Avstraliyanın Yeni Cənubi Uels parlamentinin üzvü xanım Linda Voltz tədbirdə çıxış edərək deyib ki, Xocalıda baş vermiş faciə və dütün dünyada törədilən buna bənzər hadisələr heç vaxt unudulmamalı və zaman-zaman xatırlanmalıdır. Azərbaycan xalqının kədərinə şərik olduğunu söyləyən avstraliyalı deputat ədalətin tezliklə öz yerini tutacağına əmin olduğunu bildirib.Tədbirdə Yeni Cənubi Uels parlamentinin üzvü Hyu MacDermotun Azərbaycan icmasının üzvlərinə ünvanlandığı məktubu AAA-nın üzvü Cesika Oyta oxuyub. Məktubda vaxt məhdudiyyəti səbəbindən anım mərasiminə qatıla bilmədiyinə görə üzr istəyən H.MacDermot Xocalı faciəsi qurbanlarının xatirəsini hörmətlə andığını və bununla əlaqədar Azərbaycan xalqına baş sağlığı verdiyini ifadə edib.Sidneydəki Azərbaycan icmasının nümayəndəsi Kamran İsmayılov Xocalı faciəsinin xalqımızın yaddaşından heç zaman silinməyəcəyini, bu qanın yerdə qalmayacağını, Azərbaycanın işğal altında olan torpaqlarının tezliklə azad olunacağına əminliyini ifadə edib.Çıxışlarda qeyd olunub ki, Xocalı soyqırımını törədənlər beynəlxalq hərbi tribunal qarşısında cavab verməli və layiq olduqları cəzanı almalıdırlar.

sia.az

Digər xəbərlər