Xəbərlər

  • 14 454

Növbəti mövsüm Premyer Liqada oynamağa vəsiqə qazanan sonuncu klub da müəyyənləşib

image

Növbəti mövsüm İngiltərə Premyer Liqasında oynamağa vəsiqə qazanan sonuncu klub da müəyyənləşib. SİA xəbər verir ki, bu, "Fulhem"dir. Komanda Çempionşipin pley-off mərhələsinin finalında "Brentford"u 2:1 hesabı ilə məğlub edərək buna nail olub. "Brentford" - "Fulhem" - 1:2 Qollar: Brayen, 105 (0:1), 117 (0:2), Dalsqaard, 120 (1:2) Beləliklə, "Fulhem" 1 ildən sonra yenidən elitaya qayıdıb. Xatırladaq ki, komanda 2018/2019 mövsümündə Premyer Liqanı 19-cu pillədə başa vurduğu üçün yüksək liqanı tərk etmişdi.

sia.az

Digər xəbərlər