"Neftçi” və "Keşlə"nin potensial rəqiblərinin sayı 3-ə enib

Avropa Liqasının 1-ci təsnifat mərhələsindən mübarizəyə başlayacaq təmsilçilərimiz "Neftçi” və "Keşlə"nin potensial rəqiblərinin sayı 3-ə enib.SİA xəbər verir ki, səpələnmişlər səbətində yer alan bu komandalarmız nisbətən zəif rəqiblərlə - Şimali Makedoniyanın "Şkupi”, Albaniyanın "Laçi” və Gürcüstanın "Dinamo” (Batumi) klublarından biri ilə qarşılaşacaqlar.Səpələnməmişlər səbətində yer alan "Sumqayıt" isə Rumıniyanın "Universitatya Krayova", Qazaxıstanın "Kayrat", Şimali Makedoniyanın "Şkendiya" və Serbiyanın "Baçka Topola" klublarından birinə rəqib olacaq.Qeyd edək ki, bu gün keçiriləcək 1-ci təsnifat mərhələsinin püşkü Bakı vaxtı ilə saat 14:00-da başlanacaq.

sia.az