Xəbərlər

  • 25 817

Futbol üzrə Fransa çempionatı: 2-ci tur - NƏTİCƏLƏR

image

Futbol üzrə Fransa çempionatında 2-ci tura yekun vurulub.SİA xəbər verir ki, son oyun günündə altı qarşılaşma baş tutub.“Nant” “Nim”i, “Sent-Etyen” “Loryan”ı məğlub yola salıb.“Lill” səfərdə “Reyms”i minimal hesabla üstələyibsə, “Monako” da “Mets”ə oxşar hesabla qalib gəlib. Səfərdə “Anje” ilə qarşılaşan “Bordo” inamlı qələbəyə sevinib. Beş qolun qeydə alındığı “Brest” – “Olimpik” (Marsel) matçında da qonaqlar qələbəni bayram ediblər.Bu tur keçirilməli olan “Lans” – PSJ matçı təxirə salınıb. Qarşılaşma sentyabrın 10-da oynanılacaq.

Fransa Liqa 1
2-ci tur
30 avqust
Reyms – Lill 0:1
Qol: Bamba, 32.
Anje – Bordo 0:2
Qol: Maya, 25. Basiç, 27.
Mets – Monako 0:1
Qol: Badiaşile, 22.
Nant – Nim 2:1
Qol: Jirotto, 11. Louza, 27 – Z.Ferhat, 57.
Sent-Etyen – Loryan 2:0
Qol: Hamuma, 19; 51.
Brest – Olimpik (Marsel) 2:3
Qol: Fayvr, 45+1. Karbonye, 89 – Toven, 20. Çaleta-Çar, 27; 80.
28 avqust
Olimpik (Lion) – Dijon 4:1
Qol: Depay, 39-pen; 45+1; 65-pen. Lautoa, 45-öz qapısına – Şeydler, 14.
29 avqust
Renn – Monpelye 2:1
Qol: Le Tallek, 22-öz qapısına. Kamavinqa, 77 – Labord, 90+1.
Strasburq – Nitsa 0:2
Qol: Dolberq, 37; 59.

sia.az

Digər xəbərlər