Xəbərlər

  • 11 260

Ümid edirik ki, sülhməramlılar sayəsində bölgədə davamlı sülhə nail olunacaq - ŞƏRH ÖZƏL

image

"Rusiya sülhməramlılarının Dağlıq Qarabağa yerləşdirilməsi ilə bağlı vətən müharibəsi başlamazdan əvvəl də Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib və qeyd edib ki, bölgədə sülhməramlılar yerləşdirilə bilər. Biz istərdik ki, bu sülhməramlılar Rusiyanı təmsil etsinlər. İkinci Qarabağ müharibəsində Azərbaycan Silahlı Qüvvələri, rəşadətli ordumuz müzəffər Ali Baş Komandanın rəhbərliyi altında misli görülməmiş uğura imza atdı və Azərbaycanın işğal altında olan rayonlarını qarış-qarış azad edərək böyük nəticə əldə edib. İşğal altında olan 5 rayon, bir neçə strateji yüksəklik və 200-dən çox kənd işğaldan azad edilib". Bunu SİA-ya açıqlamasında politoloq İlyas Hüseynov deyib.Ekspertin sözlərinə görə, üçtərəfli bəyanat Azərbaycan diplomatiyasının uğuru kimi qiymətləndirilməlidir: "Çünki Ağdam, Laçın və Kəlbəcər bir güllə belə atılmadan, dağıntılar olamadan Azərbaycana təhvil veriləcək. Eyni zamanda bəyanatda qeyd olunan 9-cu bəndə uyğun olaraq Naxçıvana dəhliz açılacaq və bununla da Naxçıvanın blokadasına son qoyulacaq. Azərbaycan Naxçıvan ərazisindən Türkiyəyə də keçə biləcək. Belə demək mümkün olarsa, Azərbaycanla Türkiyə arasında da quru yolu ilə birbaşa sərhəddin açılması ilə marşurut mümkün olacaq".Politoloq bildirib ki, sülhməramlılara gəldikdə isə deyə bilərik ki, bölgədə Rusiya ilə birgə Türkiyə sülhməramlıları da olacaq: "Türkiyənin burada iştirakı Azərbaycan üçün müsbət məqamdır, həmçinin milli maraqlarımızın qorunması istiqamətində önəmli addım hesab olunur. Eyni zamanda qeyd etmək lazımdır ki, əgər sülhməramlılar bölgəyə gəlməsəydi Ermənistan və separatçı rejim hələ də Tərtəri, Bərdəni və digər bir sıra əraziləri atəşə tutmaqla nəticədə mülkü vətəndaşlarımıza terror aktları törədə bilərdilər. Hal-hazırda isə Rusiya sülhməramlılarının bölgəyə gəlməsi ilə nisbi atəşkəs qorunur və ümid edirik ki, sülhməramlılar sayəsində bölgədə davamlı sülhə nail olunacaqdır".İ.Hüseynov sonda vurğulayıb ki, sülhməramlıların bölgədə yerləşdirilməsinin müddəti 5 ildir: "Tərəflərdən birinin narazılığı həmin vaxtın tamam olmasına 6 ay qalmış bildirilərsə, sülhməramlıların bölgədən çıxarılması da mümkündür: "Ümid edək ki, 5 il sonra bölgədə sülhməramlılara ehtiyac qalmayacaq. Bunun üçün birgə yaşayış qaydaları, sülhün, təhlükəsizliyin qorunması üçün tərəflər müəyyən mexanizmləri işləyib hazırlamalıdırlar. Görünür ki, perspektivdə diplomatik, siyasi müstəvidə mühüm addımların atılması və təhlükəsizliyin qorunması üçün uğurlu mexanizmlər işlənməlidir. Bu məsələdə Azərbaycan diplomatiyasının üzərinə böyük yük düşür".

sia.az

Digər xəbərlər