Xəbərlər

  • 11 642

YAP Nərimanov Gənclər Birliyi görüş keçirib -VİDEOKONFRANS

image

YAP Nərimanov rayon Gənclər Birliyinin təşkilatçılığı ilə Yeni Azərbaycan Partiyasının yaranmasının 28 illiyi münasibəti ilə Böyük Qələbəyə gedən yolda Yeni Azərbaycan Partiyasının rolu və əhəmiyyəti mövsuzunda gənclərlə videokonfrans formatında görüş keçirilib.SİA xəbər verir ki, görüşü giriş sözü ilə açan YAP Nərimanov rayon Gənclər Birliyinin sədri Nərminə Yunusova ilk öncə Vətən uğrunda gedən müharibədə möhtəşəm QƏLƏBƏ qazanılması və Yeni Azərbaycan Partiyasının yaranmasının 28 ilinin qeyd olunması münasibəti ilə gəncləri təbrik etmiş və bildirmişdir ki, Vətən müharibəsinin nümunəvi zəfərlə bitməsi məhz Ali Baş Komandan, ölkə rəhbərimiz və YAP-ın sədri İlham Əliyevin uzaqgörən siyasəti və vaxtında qurulmuş müasir ordumuzun gücünün nəticəsidir. N. Yunusova qeyd etdi ki, 750 mindən artıq insanı öz ətrafında birləşdirdiyi Yeni Azərbaycan Partiyasının yaranması tarixi zərurətdən irəli gəlirdi. 21 noyabr 1992-ci il ictimai-siyasi və fikir tariximizin ən əlamətdar və unudulmaz təqvimlərindən biridir. Ölkəmizdə ictimai-siyasi sabitliyin gərgin olduğu, anarxiya və hərc-mərcliyin tüğyan etdiyi bir dövrdə Ulu Öndər Heydər Əliyevin banisi olduğu, xalqın inandığı və güvəndiyi bir siyasi təşkilat -Yeni Azərbaycan Partiyası yarandı. Bununla da "Dünənin, bugünün, gələcəyin partiyası" olan Yeni Azərbaycan Partiyası müstəqil Azərbaycanımızın dövlətçilik tarixində yeni bir yüksəliş mərhələsinin əsasını qoydu. Bu gün Ümummilli Liderimiz Heydər Əliyevin qoyduğu tarixi ənənələr Yeni Azərbaycan Partiyası tərəfindən sədaqətlə həyata keçirilməkdədir. Bu tarixi reallığı müdrik Prezidentimiz, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyev qətiyyətli, dönməz siyasəti ilə gerçəkləşdirir.Daha sonra YAP Nərimanov rayon Gənclər Birliyinin sədr müavini Faiq Məmmədli, fəal gənclər Aysel Tahirova, Selenay Rüstəmova və digərləri çıxış edərək Yeni Azərbaycan Partiyasının yaranma tarixindən və keçdiyi uğurlu siyasi yoldan, həmçinin, 44 günlük davam edən rəşadətli ordumuzun əks-hücum əməliyyatı nəticəsində torpaqlarımızın işğaldan azad olunması ilə nəticələnən Böyük QƏLƏBƏDƏN bəhs etmişlər.Sonda hər bir gənc Ali Baş Komandan, xalqın və gəncliyin alternativsiz Lideri, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin ətrafında sıx birləşdiyini və bu birliyi daim qoruyub saxlayacaqlarını səsləndirdilər.

sia.az

Digər xəbərlər