İngiltərə Premyer Liqasında 20-ci tura start verilib - 4 oyunun hamısında qonaqlar sevinib

Futbol üzrə İngiltərə Premyer Liqasında 20-ci tura start verilib.SİA xəbər verir ki, ilk oyun günündə dörd qarşılaşma baş tutub.“Kristal Pelas” “Vest Hem”lə, “Nyukasl” isə “Lids”lə üz-üzə gəlib. Hər iki oyun qonaqların qələbəsiylə yekunlaşıb.“Arsenal” bu tur çərçivəsində çətin “Sauthempton” səfərinə yollanıb və inamlı qələbəyə sevinib. “Mançester Siti” isə “Vest Bromviç”in qonağı olub və 5 cavabsız qolla qalib gəlib.

İngiltərə Premyer Liqası
20-ci tur
26 yanvar
Kristal Pelas – Vest Hem 2:3
Qol: Zaha, 3. Batşuayi, 90+7 – Souçek, 9; 25. Douson, 65.
Nyukasl – Lids 1:2
Qol: Almiron, 57 – Rafinya, 17. Harrison, 61.
Sauthempton – Arsenal 1:3
Qol: Armstronq, 3 – Pepe, 8. Saka, 39. Lakazette, 72.
Vest Bromviç – Mançester Siti 0:5
Qol: İ.Gündoğan, 6; 30. Kanselo, 20. Mahrez, 45+2. Sterlinq, 57.
27 yanvar
22:00 Bernli – Aston Villa
22:00 Çelsi – Vulverhempton
23:30 Brayton – Fulhem
00:15 Everton – Lester
00:15 Mançester Yunayted – Şeffild Yunayted
28 yanvar
00:00 Tottenhem – Liverpul

sia.az