“Atalanta” və “Yuventus” da İtaliya kubokunun yarımfinalında!

Futbol üzrə İtaliya kubokunda 1/4 final mərhələsinin oyunları keçirilir.SİA xəbər verir ki, bu gün daha iki görüş baş tutub.İkinci oyun günündə “Atalanta” “Latsio” ilə məhsuldar qarşılaşmadan qalib ayrılmağı bacarıb. “Yuventus” isə SPAL-la görüşdə darmadağına sevinib.

İtaliya kuboku
1/4 final
27 yanvar
Atalanta – Latsio 3:2
Qol: Djimsiti, 7. Malinovski, 37. Mirançuk, 57 – Muriqi, 17. Açerbi, 34.
Yuventus – SPAL 4:0
Qol: Morata, 16. Frabotta, 33. Kuluşevski, 79. Kyeza, 90+4.
26 yanvar
İnter – Milan 2:1
Qol: Lukaku, 71-pen. Eriksen, 90+7 – İbrahimoviç, 31.
28 yanvar
23:45. Napoli – Spetsiya

sia.az