“Bavariya” “Latsio”nu darmadağın edib, "Çelsi"dən səfər qələbəsi - UEFA Çempionlar Liqası

Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin növbəti oyunları keçirilib.SİA xəbər verir ki, hər iki oyuna eyni saatda start verilib.İspaniyanın “Atletiko” klubu İngiltərə nəhənglərindən “Çelsi”ni qəbul edib. Matç koronavirus pandemiya səbəbindən Rumıniyanın paytaxtı Buxarestdə keçirilib. London təmsilçisi bu oyunda minimal hesabla üstün olub.Günün digər matçında turnirin son qalibi “Bavariya” İtaliyada “Latsio”nun qonağı olub. Münhen təmsilçisi bu oyunda darmadağına sevinib.

Çempionlar Liqası
1/8 final mərhələsi, ilk oyunlar
"Atletiko" (İspaniya) - "Çelsi" (İngiltərə) 0:1
Qol: Jiru, 68.
Buxarest, “Nasional” stadionu. Baş hakim: Feliks Brix (Almaniya)

"Latsio" (İtaliya) - "Bavariya" (Almaniya) 1:4
Qol: Korrea, 49 – Levandovski, 9. Musiala, 24. Sane, 42. Açerbi, 47-öz qapısına.
Roma, “Olimpiko” arena. Baş hakim: Orel Qrinfeld (İsrail)
Qeyd edək ki, 1/8 finalın əvvəlki görüşlərində PSJ "Barselona"ya 4:1, "Liverpul" "Leyptsiq"ə 2:0, "Portu" "Yuventus"a 2:1, "Borussiya" (Dortmund) isə "Sevilya"ya 3:2 hesabı ilə qalib gəlib. Bu mərhələnin digər iki oyunu sabah keçiriləcək. Madrid “Rea”ı İtaliyada "Atalanta" ilə, "Mançester Siti" Budapeştdə "Borussiya" (Mönhenqladbax) ilə qarşılaşacaq.

sia.az