“Lill”in evdə, son çempion PSJ “Bordo” səfərində qələbə qazanıb

Bu gün futbol üzrə Fransa çempionatında 28-ci turun oyunları keçirilib.SİA xəbər verir ki, turun bütün görüşləri eyni günə təsadüf edib.Çempionluq uğrunda mübarizə aparan Lion “Olimpik”i bu turda doğma meydanda “Renn”i qəbul edib və minimal hesabla üstün olub.Ötən tur “Strasburq”la ev oyununda xal itirən lider “Lill”in budəfəki rəqibi Marsel “Olimpik”i olub. Meydan sahibləri bu görüşdə inamlı qələbəyə seviniblər.Son çempion PSJ “Bordo” səfərinə yollanıb və minimal hesabla qalib gəlibsə, “Monako” “Strasburq”la səfər oyunundan məğlubiyyətlə ayrılıb.

Fransa Liqa 1
28-ci tur
3 mart
Brest – Dijon 3:1
Qol: Honorat, 17. Munye, 27. Kardona, 40 – Assale, 29.
Olimpik (Lion) – Renn 1:0
Qol: Auar, 74.
Mets – Anje 0:1
Qol: Fulgini, 44-pen.
Nitsa – Nim 2:1
Qol: Quiri, 4. Klaude, 75 – Landre, 50.
Sent-Etyen – Lans 2:3
Qol: Mukudi, 40. Buanqa, 90+4-pen – Sotoka, 20-pen. Kalimuendo, 24. Kosta, 90+2.
Bordo – PSJ 0:1
Qol: Sarabiya, 20.
Lill – Olimpik (Marsel) 2:0
Qol: David, 90; 90+2.
Monpelye – Loryan 1:1
Qol: Mavididi, 28 – Qrbiç, 9-pen.
Nant – Reyms 1:2
Qol: Simon, 14 – Konan, 39. Abdelhamid, 89.
Strasburq – Monako 1:0
Qol: Jilbert, 90+1.

sia.az