Xəbərlər

  • 3 426

Millimizin DÇ-2022-nin seçmə mərhələsində Qətərlə səfər matçının yeri dəyişdirilib

image

Millimizin DÇ-2022-nin seçmə mərhələsində Qətərlə səfər matçının yeri dəyişdirilib.SİA xəbər verir ki, bu barədə Qətər Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb. Görüş əvvəlcədən açıqlandığı kimi, Avstriyanın paytaxtı Vyanada keçirilməyəcək.Koronavirus pandemiyasına görə yaranan səyahət məhdudiyyətləri səbəbindən qarşılaşmanın Macarıstanın Debretsen şəhərindəki "Nedyerdeyi" stadionunda oynanılmasına qərar verib.Mundialın meydan sahibləri Lüksemburq və İrlandiyanı da bu arenada qəbul edəcək.Qeyd edək ki, martın 27-də keçiriləcək Qətər - Azərbaycan oyunu Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

sia.az

Digər xəbərlər