“Borussiya” 1/4 finalda, “Yuventus” dayandı

Bu gün Çempionlar Liqasında 1/8 final mərhələsinin cavab oyunlarına start verilib.

Qol.az xəbər verir ki, ilk matç günündə 2 qarşılaşma keçirilib. "Yuventus" doğma meydanda "Portu" ilə qarşılaşıb. Bu komandalar arasında ilk oyunda Portuqaliya təmsilçisi 2:1 hesabı ilə qalib gəlmişdi. İkinci görüşdə "Yuventus" 3:2 hesabı ilə qalib gəlməsinə baxmayaraq, "Portu" səfər qolu sayəsində 1/4 finala yüksəlib.
Digər matçda isə "Sevilya" Dortmund "Borussiya"sının qonağı olub. İlk görüşdə 3:2 hesablı qələbə qazanan Almaniya klubu doğma meydanda 2:2 hesablı heç-heçə edərək 1/4 finala yüksəlib.

9 mart
00:00. "Yuventus" (İtaliya) - "Portu" (Portuqaliya) - 3:2
Qollar: Oliveyra, 19-pen (0:1), Kyeza, 49 (1:1), 63 (2:1), Oliveyra, 115 (2:2), Rabyo, 117 (3:2)
Qırmızı vərəqə: Mehdi Taremi, 54-iki sarı vərəqə ("Portu")
İlk oyun - 1:2
00:00. "Borussiya" (Dortmund, Almaniya) - "Sevilya" (İspaniya) - 2:2
Qollar: Haaland, 35 (1:0), 54-pen (2:0), En-Nesyri, 69-pen (2:1), 90+6 (2:2)
İlk oyun - 3:2
10 mart
00:00. "Liverpul" (İngiltərə) - "Leyptsiq" (Almaniya)
İlk oyun - 2:0
00:00. PSJ (Fransa) - "Barselona" (İspaniya)
İlk oyun - 4:1

sia.az