Xəbərlər

  • 3 664

Madrid "Real"ı və "Mançester Siti" UEFA Çempionlar Liqasının 1/4 finalında

image

Bu gün Çempionlar Liqasının 1/8 final mərhələsində daha iki cavab oyunu keçirilib.SİA xəbər verir ki, Madrid "Real"ı öz meydanında "Atalanta"nı qəbul edib. İspanlar fevralın 24-də keçirilmiş ilk qarşılaşmada 1:0 hesablı qələbəyə sevinən "Real" ikinci görüşdə 3:1 hesablı uğura nail olub."Mançester Siti" pandemiya səbəbindən Almaniyanın "Borussiya" (Mönhenqladbax) klubunu Macarıstanda qəbul edib. Qarşılaşma bu komandalar arasında ilk görüşün keçirildiyi Budapeştdəki "Puşkaş Arena"da baş tutub. Bu stadiondakı ilk görüşdə 2:0 hesablı qələbə qazanan “şəhərlilər” ikinci görüşdə də eyni uğuru təkrarlayıblar.

Çempionlar Liqası
1/8 final, cavab oyunları
“Real” (Madrid, İspaniya) – “Atalanta” (İtaliya) - 3:1
Qol: Benzema, 34. S.Ramos, 60-pen. Asensio, 85 - Muriel, 83.
Madrid, “Alfdredo di Stefano” stadionu. Baş hakim: Danni Makkeli (Niderland)
İlk oyun - 1:0
“Mançester Siti” (İngiltərə) – “Borussiya” (Mönhenqladbax, Almaniya) - 2:0
Qol: De Breyne, 12. İ.Gündoğan, 18.
Budapeşt, "Puşkaş Arena". Baş hakim: Sergey Karasyev (Rusiya)
İlk oyun - 2:0
Qeyd edək ki, 1/8 final mərhələsinə martın 18-də keçiriləcək "Çelsi" (İngiltərə) - "Atletiko" (İspaniya) və "Bavariya" (Almaniya) - "Latsio" (İtaliya) matçları ilə yekun vurulacaq. Daha əvvəl Almaniyanın "Borussiya" (Dortmund), Portuqaliyanın "Portu", İngiltərənin "Liverpul" və Fransanın PSJ klubları 1/4 finala vəsiqə qazanıblar.

sia.az

Digər xəbərlər