Xəbərlər

  • 3 008

Azərbaycanda Beynəlxalq Astronavtika Federasiyasının konfransı keçiriləcək

image

Azərbaycanın kosmik sahədə beynəlxalq əməkdaşlığı, eləcə də ölkənin Beynəlxalq Astronavtika Federasiyasına üzvlüyü 2023-cü ildə Azərbaycanda beynəlxalq konfransın keçirilməsinə imkan verəcək. SİA-nın məlumatına görə, bunu nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyev Sankt-Peterburqda Beynəlxalq Kosmos Tədqiqatları Konfransında deyib.

O bildirib ki, kosmos sahəsində insan amili, elm və tədqiqatlar beynəlxalq əməkdaşlığı genişləndirməyə imkan verir.

Qeyd edək ki, Beynəlxalq Kosmos Tədqiqatları Konfransı sonuncu dəfə 1973-cü ildə Azərbaycanda keçirilmişdi. Tədbir ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 7-13 oktyabr tarixlərində baş tutmuşdu.

Digər xəbərlər