Xəbərlər

  • 4 657

İran mətbuatı Türkiyə Prezidentinin tarixi Şuşa səfərindən yazdı

image

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Ermənistanın işğalından azad olunan qədim Şuşa şəhərinə səfəri və Azərbaycan Prezidenti İlham Əliyevlə görüşü İran mətbuatının diqqət mərkəzində olub. SİA xəbər verir ki, İRNA rəsmi informasiya agentliyi, “Tabnak”, “Fars news”, “Mehr news”, “Fararu.ir” “Ana press” vədigər saytlar Türkiyə və Azərbaycan prezidentlərinin Şuşada keçirdikləri görüşdən sonra imzaladıqları müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsinə diqqət çəkiblər.

Vurğulanıb ki, Azərbaycan Prezidenti İlham Əliyev imzalanmış sənədin bölgədə nəqliyyat əlaqələrinin yaradılmasında mühüm rol oyanayacağını qeyd edib. Azərbaycan Prezidenti bəyan edib ki, bölgədə belə faciələrin bir daha baş verməməsi üçün hamı Azərbaycanın Qələbəsini qəbul edib tanımalıdır.

Materiallarda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın “Biz Ermənistanı altı ölkənin kontekstində regional inkişafa qatılmağa dəvət edirik: Türkiyə, Azərbaycan, Rusiya, İran, Gürcüstan və Ermənistan” fikrinə diqqət cəlb edilib. Türkiyə Prezidentinin, eyni zamanda, ölkəsinin Ermənistanla münasibətləri normallaşdırmaq üçün lazımi addımları atmağa hazır olduğunu bildirməsi xüsusi vurğulanıb.

Digər xəbərlər