PDF Oxu

Xəbərlər

  • 2 343

UEFA Çempionlar Liqasında 3-cü mərhələnin bütün cütlükləri məlum olub

image

Çempionlar Liqasında 2-ci təsnifat mərhələsinə yekun vurulub.SİA xəbər verir ki, bununla da 3-cü mərhələnin bütün cütlükləri məlum olub.

Azərbaycan çempionu "Neftçi"ni mübarizədən kənarlaşdıran "Olimpiakos" (Yunanıstan) Bolqarıstanın "Lüdoqorets" klubuna rəqib olub.
Millimizin üzvü Mahir Emrelinin çıxış etdiyi Polşa "Legiya"sının isə Xorvatiyanın "Dinamo" (Zaqreb) klubu ilə qarşılaşacağı isə dünəndən bəllidir.

Çempionlar Yolu
"Dinamo" (Zaqreb, Xorvatiya) - "Legiya" (Varşava, Polşa)
ÇFR (Kluj, Rumıniya) - "Yanq Boyz" (İsveçrə)
"Olimpiakos" (Yunanıstan) - "Lüdoqorets" (Bolqarıstan)
"Srvena zvezda" (Serbiya) - "Şerif" (Moldova)
"Malmö" (İsveç) - "Reyncers" (Şotlandiya)
"Ferentsvaroş" (Macarıstan) - "Slaviya" (Praqa, Çexiya)
Liqa Yolu
PSV (Eyndhoven, Niderland) - "Midtüllan" (Danimarka)
"Spartak" (Moskva, Rusiya) vs "Benfika" (Portuqaliya)
"Genk" (Belçika) - "Şaxtyor" (Donetsk, Ukrayna)
"Monako" (Fransa) - "Sparta" (Praqa, Çexiya)
Qeyd edək ki, qarşılaşmalar 3-4 avqust və 10 avqustda təşkil olunacaq.

sia.az

Digər xəbərlər