Mikayıl Cabbarov "Qarabağ"ı izləmək üçün stadiona gəlib. SİA-nın məlumatına görə, konfrans Liqasının 2-ci təsnifat mərhələsində hazırda keçirilən “Aşdod” (İsrail) - “Qarabağ” oyununu canlı izləyənlər arasında Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov da var.

İsraildə işgüzar səfərdə olan nazir stadiona gələrək “Qarabağ”a dəstək olub. Bu haqda hazırda matçı stadiondan şərh edən jurnalist Elnur Məmmədli məlumat verib.