Qabiliyyət imtahanlarında iştirak etmək istəyənlərin - NƏZƏRİNƏ!

2021/2022-ci tədris ili üçün musiqi sənəti istiqaməti üzrə keçiriləcək xüsusi qabiliyyət imtahanlarında konsertmeysterlərin iştirakının imtahan qaydalarına uyğun şəkildə təşkil edilməsi məqsədilə xüsusi proqram təminatı işlənib hazırlanmışdır. SİA xəbər verir ki, musiqi sənəti üzrə xüsusi qabiliyyət imtahanlarında fərdi konsertmeyster kimi iştirak edən musiqiçilər 30 iyul tarixindən etibarən https://eservices.dim.gov.az/wpfqab/ linki vasitəsilə qeydiyyatdan keçib, konsertmeysterin buraxılış vərəqəsini çap edib götürərək imtahan binasına gəlməlidirlər. Bir konsertmeyster bir gün ərzində maksimum altı abituriyenti müşayiət edə bilər. Konsertmeysterlər ali təhsil müəssisələrinin və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən aşağıdakı ixtisasları üzrə keçirilən imtahanlarda iştirak etmək üçün qeydiyyatdan keçməlidirlər.

İxtisaslar

Komissiya kodu

İnstrumental ifaçılıq (alətlər üzrə)

20,21,22,23,31

Vokal sənəti (akademik vokal)

24

Populyar musiqi və caz ifaçılığı (vokal)

26

Populyar musiqi və caz ifaçılığı (alətlər üzrə)

36

Dirijorluq (sahələr üzrə)

27

Vokal sənəti (milli vokal)

28

Bəstəkarlıq

29

Musiqi müəllimliyi

32

İnstrumental ifaçılıq (alətlər üzrə)

33,34

Vokal sənəti (klassik vokal)

37

Konsertmeysterlər əvvəlcə https://ekabinet.dim.gov.az// bu linkə daxil olub şəxsi kabinet açmalıdırlar. Şəxsi kabinet açdıqdan sonra https://eservices.dim.gov.az/wpfqab/ daxil olub şəxsi kabinetin istifadəçi adı və parolu daxil etməklə konsertmeysterlərin qeydiyyat sisteminə daxil olmalıdırlar. Sistemə daxil olduqdan sonra ``əlavə et`` düyməsinə basmaqla açılan pəncərədə konsertmeysteri olduğu abituriyentin iş nömrəsini daxil edib ``Axtar`` düyməsini basmaq lazımdır. Abituriyentin məlumatları yükləndikdən sonra ``Yadda saxla`` düyməsini basıb məlumatları yadda saxlamaq lazımdır.