Məlumat verildiyi kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq, meşə yanğınlarının söndürülməsi və daha geniş miqyas almasına imkan verilməməsi məqsədilə Fövqəladə Hallar Nazirliyinin (FHN) müvafiq yanğın-xilasetmə qüvvələrinin növbəti qrupu dünən axşam saatlarında qardaş Türkiyə Respublikasına yola düşüb. Fövqəladə Hallar Nazirliyindən SİA-ya bildirilib ki, hazırda qrup qonşu Gürcüstan ərazisində Türkiyəyə doğru hərəkət edir.