68 min 416 vətəndaşa COVID-19 əleyhinə peyvənd vurulub

Avqustun 1-də Azərbaycanda 68 min 416 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə vaksinasiya olunub. Nazirlər Kabineti yanında Operativ Qərargahdan SİA-ya bildirilib ki, gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 43 min 346, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 25 min 70 nəfər təşkil edib.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 5 milyon 40 min 778, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 2 milyon 923 min 477, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 2 milyon 117 min 301 nəfər təşkil edir.