PDF Oxu

Xəbərlər

  • 2 173

"Ali təhsil haqqında qanun"da hansı dəyişikliklər olacaq? - DİQQƏT! - KOMİTƏ ÜZVÜ AÇIQLADI

image

“Ötən sessiyadan Milli Məclisin elm və təhsil komitəsində “Ali təhsil haqqında qanun” layihəsi hazırlandı. Bu qanun layihəsi həm Təhsil Nazirliyi, həm Tələbə Qəbulu üzrə Dövlət Komissiyası, həm də bir sıra ali məktəblərin rektorları ilə müzakirə olundu və qanun layihəsində bir sıra dəyişikliklər edildi”. Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin elm və təhsil komitəsinin üzvü Ceyhun Məmmədov deyib.

Onun sözlərinə görə, “Ali təhsil haqqında qanun”un qəbul edilməsi hazırki mərhələdə xüsusi önəm daşıyır: “Çünki bu günə kimi belə bir qanun olmayıb. Ona görə də belə bir qanunun olması ölkəmizdə təhsilin inkişafına öz ciddi töhfəsini verəcək. Qanunun mahiyyəti universitetlərin idarə olunması, maliyyələşməsi, təhsilin pillələri, tələbə kreditləri, xaricdə təhsil, distant təhsil, ikili diplom və digər mühüm məsələlərlə bağlı müddəalar öz əksini tapıb.

Ümumiyyətlə bu gün xarici diplomların tanınması, distant təhsil alan tələbələrin diplomları ilə bağlı çətinliklər var. Eyni zamanda uzun müddətdir ki, Azərbaycanda tələbə kreditləri geniş müzakirə olunur. Təhsil pillələri ilə bağlı kankret məsələlər öz əksini tapır. Qanunda əkisini tapan məsələlərdən biri də rektorlar şurasının yaradılmasıdır. İlk dəfədir ki, Azərbaycanda belə bir şura yaradılır. Bununla yanaşı qanunda elmi araşdırmalarla bağlı, universitetlərin fəaliyyəti ilə bağlı, ümumiyyətlə təhsilimizin gələcəyi ilə bağlı çox mühüm və vacib məsələlər sənəddə öz əksini tapıb. Ümid edirik ki, Milli Məclisin növbəti sessiyasında qanun layihəsinə baxılaraq qanun layihəsi qəbul olunacaq. Bununla da təhsildə yeni bir mərhələyə qədəm qoyulacaq”.

Arzu Qurbanzadə

Digər xəbərlər