Evdə hazırlanan makiyaj təmizləyici

Dərinin sağlamlığını və gözəlliyini qorumaq üçün onu təmiz tutmaq vacibdir. Bu səbəbdən makiyajı üzünüzdən tam təmizlədiyinizə əmin olmalısınız. SİA evdə hazırlaya biləcəyiniz makiyaj təmizləyicini təqdim edir.

Tərkibi
2 xörək qaşığı fındıq yağı
2 xörək qaşığı badam, zeytun və ya jojoba yağı
2 xörək qaşığı aloe vera

Bütün bu məhsulları bir qaba əlavə edib qarışdırın, kiçik şüşə qaba töküb istifadə edin.

Fındıq və aloe vera ilə birləşən jojoba yağı tuş və göz laynerini asanlıqla təmizləyəcək. Həmçinin, göz və göz ətrafının zərif dərisini zədələməyəcək.
Makiyajınızı təmizləmək üçün pambıqdan istifadə edin. Gözlərinizi bağlayın və qarışıma batırdığınız pambığı göz qapaqlarınızın üstünə çəkin. Yumşaq toxunuşlarla makiyajınızı təmizləyin.